Perspektivlər

Dəyər üzərində köklənək: Həddindən artıq əmin olmayaq və risklərə bir daha nəzər salaq.

Müəssisələrin baş icraçı direktorları, maliyyə direktorları və digər rəhbər şəxsləri  arasında aparılmış sorğuda, risk faktoru  dəyər  artıran amillərdən biri kimi təhlil edilmişdir. Aparılmış sorğuda  şirkət rəhbərlərinin mümkün risklərə qarşı hazırlıq səviyyələrindən həddindən artıq əmin olduğu xüsusi diqqət çəkir.

“Forbes İnsight” strateji araşdırmalar portalının Qlobal Deloitte şəbəkəsi adından keçirmiş olduğu son sorğu nəticəsində məlum olmuşdur ki, şirkət rəhbərləri şirkətlərində risklərin idarə edilməsi ilə bağlı imkanların və keçirilən tədbirlərin lazımi səviyyədə olmasından həddindən artıq əmindir. Lakin məsələyə daha dərindən nəzər salan zaman, şirkətlərdə risk strategiyalarının və risklərin cavablandırılması ilə bağlı fəaliyyət planlarının hazırlanması zərurəti, və müvafiq imkanlar ortaya çıxmışdır.

“Dəyər üzərində köklənək: Həddindən artıq əmin olmayaq və risklərə bir daha nəzər salaq” adlı hesabatında, Deloitte Qlobal,  şirkətlərin departament direktorları,   müdirləri  və digər rəhbər vəzifələrini  tutan şəxslərin risk haqqında təsəvvürü, onların risklə bağlı prioritetləri, həmçinin öndə gedən şirkətlərdə risklərə yanaşma  konsepsiyasının necə formalaşmasını  təhlil etmişdir. 

 

Hesabat  növbəti məsələlərə toxunmuşdur: 

• Dəyər və risk arasında daha sıx inteqrasiya 

• Risklərin idarə olunması üzrə məsul şəxsin vəzifə və öhdəliklərinin  müəyyən olunması və optimallaşdırılması 

• Ehtimal edilən (Strateji) risklərin və imkanların (həmçinin pozulmuş  biznes proseslərinin) nəzərdən keçirilməsi  

• Risklərin cavablandırılması funksiyasının formalaşdırılması-  dəyəri artırmaq və qorumaq məqsədilə risklərin idarə olunması istiqamətində  atılacaq başlıca addımlar

 

Hesabatını yükləyin

Bir çox təşkilatlar risklərin idarə olunması proqramlarına xüsusi diqqət yetirsə də, bəzilərinin bu istiqamətdə əsas hədəflərə nail olmadığı aydın görünür. Gələcək fəaliyyətlərində uğur qazanmaq  üçün şirkətlər risk strategiyasını düzgün quraraq gəlir səviyyəsini artırmalı və risklərin idarə olunması  funksiyalarının icrası üçün tam ştat əsasında strateji təfəkkür və bacarıqlara  malik məsul şəxs təyin etməlidir.

Sorğu  haqqında məlumat

Şirkətlərin risk və mənfəəti nə dərəcədə tənzimləyə bildikləri haqda daha aydın təsəvvür yaratmaq üçün Forbes İnsight jurnalı Deloitte Touche Tohmatsu adından aparıcı sənaye sahələrini və coğrafi regionlardan (risklərin idarə olunması üzrə məsul şəxslər xaric)  300 aparıcı rəhbər arasında  sorğu keçirmişdir. Sorğu 2016-cı ilin 4-cü rübündə, illik gəliri 1 milyard ABŞ dollarından yuxarı şirkətlər arasında keçirilmişdir. Sorğuda iştirak edən şirkətlərin 23 faizinin gəliri 20 milyarddan yuxarıdır.

Did you find this useful?