matches

Xidmətlər

Strategiya və Nüfuzla bağlı Risk Xidmətləri

Deloitte riskləri nəzərə alan strateji seçimlər etməkdə, proseslərin pozulmasına gətirib çıxaran faktorların qarşısını almaqda və nüfuzlarını qorumaqda təşkilatlara yardımçı olur. Bu yöndə rəhbərlər və idarə heyətləri düzgün formalaşmış analitik konsepsiyalara, nümunəvi korporativ idarəetmə mexanizmlərinə və dəyərə hədəflənən risklərin azaldılması mədəniyyətinə yiyələnməlidir.

Biz hansı xidmətləri göstəririk

  • Korporativ İdarəetmə – Biz idarə heyətlərinə və onların üzvlərinə müəssisələrindəki başlıca risklərə, strategiyalara  habelə ümumi idarəetmə strukturlarına daha effektiv nəzarət etməyə kömək edirik.  
  • Strategiya ilə bağlı Risk-Biz rəqabət imkanlarına, bazar mövqeyinə və uzunmüddətli fəaliyyətə təsir göstərən tendensiyaları və dağıdıcı qüvvələri aşkar edirik, onları nəzarət altında tutur  və aradan qaldırılması istiqamətində həllər təklif edirik.
  • Brend və Nüfuzla bağlı Risk  - Biz  brendi, nüfuzu və müştəri məmnuniyyətini idarə edərək və qiymətləndirmələr apararaq,   təşkilatlara müxtəlif tələbləri nəzərə alan və uyğunlaşdırılmış brend və müştəri məmnuniyyəti istiqamətində təcrübə qazanmaq üçün vasitələr və nəzəriyyələr təqdim edirik.
  • Böhranın idarə edilməsi – Biz müəssisədə böhranın idarə edilməsi proqramları, süni ssenarilər əsasında böhranlı hallara hazırlıq tədbirləri, çevik cavablandırma, səhmdarlarla effektiv ünsiyyət və bərpaetmə proqramların daxil olduğu xidmətlərimizlə müştərilərə böhranlara hazır olmağa,  onları cavablandırmağa və daha güclü mövqe tutmağa kömək edirik.
  • Dayanıqlı inkişaf- biz əsas səhmdarların sosial, etik, ətraf mühit və digər qeyri-maddi ehtiyacları ilə əlaqədar  dayanıqlı inkişaf məramlarını  işləyib hazırlayırıq, onların həyata keçirilməsinə nəzarət edir, təmin edir və nəticələrlə bağlı  müvafiq məlumatlar təqdim edirik.