Xəbərlər
Azərbaycanda İqtisadi Perspektivlər
Makroiqtisadi təhlili özündə əks etdirən Deloitte Azərbaycanın yeni nəşri
Deloitte Tədqiqat Mərkəzinin “Azərbaycanda biznes perspektivləri” adlı makroiqtisadi hesabatının yeddinci buraxılışını sizə təqdim etməkdən məmnunluq duyuruq.
Cari buraxılışımızda biz Azərbaycan iqtisadiyyatının tendensiyalarını və çağırışlarını müəyyən etmək məqsədi ilə əsas makroiqtisadi göstəricilərin təhlilini təqdim edirik.
2023-ci ilin Fevral-May ayları ərzində Deloitte Azərbaycanın öndə gedən şirkətləri arasında Biznes gözləntilərinə dair sorğu həyata keçirmişdir. Toplanan cavablar bizə Azərbaycan biznesi üçün səciyyəvi olan əsas istiqamətləri, əsas riskləri və inkişaf mexanizmlərini müəyyən etməyə, eləcə də tendensiyaların müqayisəli təhlilini aparmağa imkan vermişdir.
Cari buraxılışımızda biz həmçinin 2023-cü il və sonrakı illər üçün Azərbaycanda yaranan insan kapitalı tendensiyaları ilə bağlı «İnsan Resursları trendləri» sorğusu keçirtdik.
Deloitte Tədqiqat Mərkəzinin “Azərbaycanda biznes perspektivləri” adlı makroiqtisadi hesabatının altıncı buraxılışını sizə təqdim etməkdən məmnunluq duyuruq.
Cari buraxılışımızda biz ilk növbədə diqqəti COVID-19-la bağlı tendensiyaların üzərinə fokuslayaraq Azərbaycan biznes mühitində baş vermiş əsas dəyişikliklərlə bağlı tədqiqat nəticələrimizi təqdim edirik.
2021-ci ilin noyabr-dekabr ayları ərzində Deloitte MDB Azərbaycanın öndə gedən şirkətləri arasında sorğu həyata keçirmişdir. Toplanan cavablar bizə Azərbaycan biznes mühiti üçün səciyyəvi olan əsas istiqamətləri, əsas riskləri və inkişaf mexanizmlərini müəyyən etməyə, eləcə də tendensiyaların müqayisəli təhlilini aparmağa imkan vermişdir.
Cari buraxılışımızda biz həmçinin ictimaiyyətə açıq mənbələrdən topladığımız məlumatlar əsasında kənd təsərrüfatı sektorunun əsas göstəricilərin geniş təsvirini təqdim edirik.
Deloitte Tədqiqat Mərkəzinin “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi hesabatının beşinci buraxılışını diqqətinizə çatdırırıq.
Cari buraxılışımızda biz COVID-19-dan sonra baş vermiş tendensiyalara toxunaraq, iqtisadi indekslərdəki dəyişikliklər üzərində müşahidələrimizi təqdim edirik.
2021-ci ilin fevral və mart aylarında “Deloitte MDB” Azərbaycanın aparıcı şirkətləri arasında sorğu həyata keçirmişdir.
Sorğu iştirakçılarının fikirləri bizə ölkə iqtisadiyyatı üçün narahatlıq doğuran başlıca problemləri, əsas faktorları və prioritet təşkil edən inkişaf imkanlarını müəyyənləşdirməyə, mövcud tendensiyaların müqayisəli təhlilini aparmağa imkan verdi.
Bu ilki buraxılışımıza biz həmçinin kiber təhlükəsizlik mühiti üzrə apardığımız təhlillərimizi daxil etmişik. Bunun üçün ictimaiyyətə açıq internet mənbələrdən istifadə edərək ölkəmizin müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərin qiymətləndirməsini aparmışıq.
Deloitte Azərbaycan, məmnuniyyətlə, “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən nəşrin 4-cu buraxılışını Sizə təqdim edir.
Hesabatda 2019-cu ilin mart-aprel aylarında Azərbaycanın aparıcı şirktələrinin rəhbərləri ilə aparılan sorğu nəticəsində toplanan unikal məlumatlar öz əksini tapmışdır. Bu dəfə ümumi iqtisadi mühitin təhlili ilə yanaşı, Deloitte maliyyə xidmətləri və qeyri-neft sektorunun inkişafı sahəsində tendensiyaları daha ətraflı şəkildə nəzərdən keçirmiş və xarici investisiyaların cəlb edilməsini təhlil etmişdir.
Deloitte Azərbaycan böyük qürur hissi ilə “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən nəşrin üçüncü buraxılışını təqdim edir.
Hazırki nəşr Deloitte şirkətinin 2018-ci ilin sentyabr ayında Azərbaycanın aparıcı şirkətlərinin maliyyə direktorları və baş rəhbərləri arasında keçirdiyi sorğudan əldə etdiyi faydalı məlumatlar əsasında hazırlanmışdır. Sorğu iştirakçılarının bizimlə bölüşdüyü fikirlər Azərbaycan iqtisadiyyatında müşahidə olunan əsas tendensiyaları, əhəmiyyətli faktorları və inkişaf prioritetlərini müəyyən etməkdə bizə yardımçı olmuşdur.
Hazırki nəşrdə xüsusi mövzu olaraq, Azərbaycanın vergi sistemi ilə bağlı sorğunun nəticiləri də əks olunmuşdur. Bu araşdırma bizə işgüzar dairələrin vergi mühiti haqqında fikirlərini müəyyən etməyə imkanı verir.
Deloitte Azərbaycan “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən nəşrin ikinci buraxılışını təqdim edir.
Hazırki nəşrdə Deloitte-un 2018-ci ilin fevral və mart aylarında Azərbaycanın, Gürcüstanın və Rusiyanın aparıcı şirkətlərinin maliyyə direktorları və baş rəhbərləri arasında keçirdiyi sorğulardan əldə etdiyi faydalı məlumatlar əks olunmuşdur.
Sorğu iştirakçılarının fikirləri Azərbaycan iqtisadiyyatında müşahidə olunan əsas narahatçılıqları, əhəmiyyətli faktorları və inkişaf prioritetlərini müəyyən etməkdə bizə yardımçı olmuşdur.
Hesabatda həmçinin Azərbaycanın kənd təsərrüfatı sektoru və Azərbaycan ilə Türkiyə arasında ikitərəfli ticarət əlaqələri haqqında maraqlı faktlar öz əksini tapmışdır.
Bundan başqa, ölkənin əsas tendensiyalarının kompleks təhlili və onların Rusiya və Gürcüstan bazarları ilə müqayisə edilməsi bizə hələ aşkar olunmamış yeni biznes imkanlarını üzə çıxarmağa kömək etmişdir.
Deloitte Azərbaycan “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən yeni nəşrini təqdim edir.
Hazırki nəşrdə Deloitte, son 15 ildə Azərbaycan iqtisadiyyatında müşahidə edilən əsas tendensiyalara toxunmuş və eyni zamanda 2017-ci ilin avqust-sentyabr ayları ərzində öncül Azərbaycan şirkətlərinin rəhbərləri arasında apardığı sorğunun nəticələrini təqdim etmişdir.
Sorğu nəticəsində gəlinmiş ən diqqətçəkən qənaətlərdən biri sorğu iştirakçılarının böyük əksəriyyətinin ölkənin biznes konyunkturasının gələcəyinə dair optimist baxışın mövcudluğudur. Belə ki, respondentlərin 79%-i öz şirkətlərinin qısamüddətli biznes perspektivlərini müsbət qiymətləndirmişdir.