strategy consulting

Xidmətlər

Strategiya

İnamla böyü

İnkişaf və innovasiya, kadr və texnologiya, qaydalar və risklər kimi aktual məsələlər üzrə təşkilatınızın strategiyası gələcək məqəsdlərə uyğundur. Onlar nə dərəcədə yaxşı işləyir?

 Deloitte-un strategiya praktikası dünya üzrə ən nüfuzlu təşkilatlara ən mühüm strateji məsələlərdə uğurlu seçimlər etməklə nəzərə çarpan nəticələr əldə etməyə yardımçı olur. Biz baş rəhbərliklə uzunmüddətli əlaqələr qururuq və bir çox məsələləri əhatə edən effektiv strategiyanın yaradılması üçün birgə işləyirik.   Korporativ və biznes bölmələr üçün strategiyanın müəyyən edilməsindən başlayaraq yeni inkişaf imkanlarının müəyyən edilməsinə və kommersiya qiymətqoyma modellərinin formalaşdırılmasına, rəqəmsal prototiplərin yaradılmasına və innovasiyaya qədər bütün sahələrdə biz gələcəyə inamla addımlamaq üçün inteqrasiya olunmuş, uyğunlaşdırılmış strategiyalar formalaşdırmaq və həyata keçirmək məqsədilə dərin sənaye biliyinə və təcrübəsinə əsaslanmış qabaqcıl yanaşmalardan istifadə edirik.

Sizin biznesinizə uyğunlaşdırılmış strategiya üzrə konsaltinq

Bu gün effektivliyin davamlı olaraq artması əsasən yüksək səviyyəli inkişaf dövrəsindən asılıdır və bu zaman iştirak məkanını, üstünlük qazanma, biznes modelini hər zaman aktual saxlama yollarını müəyyən etmək tələb olunur. Mürəkkəb məsələləri həll etmək məqsədilə dərin sənaye və əməliyyat biliklərinə malik olan strategiya məsləhəti xidmətinin mütəxəssisləri tərəfindən müəyyən olunmuş bir sıra metodologiyalar tətbiq edirik. 

Effektiv korporativ və biznes vahidlər üçün strategiyaların qurulması, eləcə də müəssisə səviyyəsində uyğunluğun təmin edilməsi üçün biz, rəhbər işçilər və onların komandası ilə əməkdaşlıq edirik. Rəhbərlər uzunmüddətli strategiyaların qurulması, eyni zamanda qısa müddətdə nəticələrin əldə edilməsi kimi ziddiyyətli tələblərlə üzləşdikdə biz, onların müəssisələri üçün kompleks inkişaf proqramları tərtib edir və həyata keçiririk.

Effektiv innovasiya və planlama praktikasına sahib olan və strategiya məsləhəti sahəsində seçilən azsaylı şirkətlərdən biri kimi, biz yeni təkliflər və bizneslər yaradıb reallaşdırmaqla yeni inkişaf imkanlarının əldə edilməsində şirkətlərə yardımçı oluruq. 

 

 

Üç Qayda 

Fərqlənmiş şirkətlər necə düşünür 


Bu kitabda liderləri şübhə və qeyri-müəyyənliklərə baxmayaraq gündəlikdə duran məsələləri müəyyən etməyə və vacib qərarlar qəbul etməyə dair çətin sübütlar gətirilir.  

 

 

 

The Three Rules

Sahə üzrə rəhbərlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox