Təfərrüatlar

Biznes Tendensiyaları 2014

Qloballaşmanın növbəti mərhələsinə nəzarət

Müasir biznesdəki liderlər biznes mühitini dəyişdirən dinamika ilə bağlı aydın, konkret və əsaslı perspektivlər tələb edir. Deloitte-in Biznes Tendensiyaları 2014 adlı hesabatı bir çox müəssisələr üçün əhəmiyyətli bir məsələ - “qlobal iqtisadiyyatda nə baş verir?” sualı ilə bağlı doqquz tendensiyanı müəyyən edir. Uzun müddət davam edəcəyi planlaşdırılan və sabit qalacağı ehtimal olunan dəyişiklikləri əks etdirən bu tendensiyalar üç əsas – yeni istehlakçılar, yeni əməkdaşlıqlar və yeni liderlik sahələrində strateji prioritetlərə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Təəssüf ki, sehrli kürəmiz yoxdur və gələcək barədə proqnoz verə bilmirik. Lakin gələcəyi qura bilən müştərilərə xidmət göstərmək kimi üstünlüyümüz var: qlobal miqyasda qabaqcıl ekspertlər də daxil olmaqla 200,000-ə yaxın bacarıqlı əməkdaş; dünyanın parlaq zəkalı mütəxəssislərinin köməyindən xüsusi istifadə imkanı; daimi maraq; intellektual tamlıq və tələbkarlıq. Hazırkı hesabat hazırlanarkən bu məsələlər, eləcə də dünya üzrə 400-dən çox baş rəhbərlik üzvünün iştirakı ilə keçirilən sorğunun nəticələri nəzərə alınmışdır.

Bu tendensiyaların bir çox aspektləri təəccüb doğurmamalıdır, lakin onların əsasını təşkil edən dəyişikliklər çox mühüm və yenidir. Düşünürük ki, indiyə qədər belə dəyişikliklərin başa düşülməsi və müvafiq tədbirlərin görülməsi çətin olmuşdur. Onları üç geniş sahə üzrə qruplaşdırmaq olar ki, onların da hər biri qlobalizasiyanın növbəti mərhələsindəki əsaslı dəyişikliyi: yeni istehlakçıları, yeni əməkdaşlıqları və yeni rəhbərliyi xarakterizə edir.

Biznes Tendensiyaları 2014: Qloballaşmanın növbəti mərhələsinə nəzarət

Yeni istehlakçılar. Yeni əməkdaşlıqlar. Yeni liderlik. Qlobalizasiyanın növbəti mərhələsi sizin müəssisənizə necə təsir edəcək?

Yeni Əməkdaşlıqlar:  Müəssisələr və dəyişikliklərin tətbiqi üçün işin qeyri-ənənəvi yollarla, lakin bilikləri əlaqələndirməyin və əməkdaşlıq etməyin yeni və daha effektiv üsullarına xüsusi diqqət yetirməklə icrası üzrə imkanlar və əhatə dairəsi olacaq.

Yeni Liderlik: Qloballaşmanın yeni mərhələsində liderlik və təsir, həmçinin, yeni biznes praktikası yeni korporativ iştirakçıların köməyi ilə yaranacaq.

Düşünürük ki, bu tendensiyalar strateji prioritetlərə əhəmiyyətli şəkildə təsir göstərəcək və ümid edirik ki, “Qloballaşmanın növbəti mərhələsinin idarə edilməsi”nə yanaşmalarınızı təkmilləşdirmək üçün perspektivlərimiz sizə yardımçı olacaq.

Did you find this useful?