Strategy

Həllər

Strategiya

Hər bir şirkət inkişaf etdikcə öz strategiyasını müəyyən etmək və nəzərdən keçirmək öhdəliyi ilə qarşılaşır. Strategiya ilə bağlı konsaltinq xidmətlərinin göstərilməsi sahəsində geniş təcrübəmiz, MDB bazarının və biznes prinsiplərinin spesifik xüsusiyyətindən məlumatlı olmağımız və sənaye sahəsi üzrə hərtərəfli təcrübəmiz bizə tələblərinizi qarşılamaq üçün nəinki strategiyanın hazırlanması, eləcə də onun praktiki tətbiqi mərhələsində bilik və təcrübəmizdən bəhrələnmək imkanı verir.

MDB bazarı barədə anlayışımız və xarici təcrübəmiz bizə real nəticələr əldə etmək imkanı verir. Deloitte digər ölkələrdəki ofislərinin sənaye sahələri və funksional praktikaları ilə sıx əməkdaşlığımız bizə dünya üzrə müxtəlif ofislərdən ekspertləri öz layihələrimizə cəlb etmək və qlobal məlumat toplusuna çıxış əldə etmək imkanı verir.

  • Korporativ strategiyanın hazırlanması
  • Regional strategiyanın hazırlanması
  • Uzunmüddətli planlaşdırma
  • Aktiv portfelinin idarə edilməsi
  • Funksional strategiyanın hazırlanması
  • Bazar araşdırması
  • Strateji bençmarkinq
  • Ərazinin seçilməsi
  • Bazara daxilolma (Go-to-Market) strategiyasının hazırlanması
  • Satış strategiyasının hazırlanması
  • Biznes planın hazırlanması
  • Strateji maliyyə modelləşdirməsi
  • Korporativ restrukturizasiya (aktivlərin ötürülməsi /funksional və regional restrukturizasiya).

Bizim strategiya ilə bağlı konsaltinq xidmətlərimizə aşağıdakılar daxildir