Təfərrüatlar

Uçot sahəsində yeni reallıqlar, yeni tələblər

Qanunun tələblərinə nə dərəcədə hazırıq?

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş sonuncu dəyişikliklərə əsasən uçotun təşkili və aparılması artıq “Milli Mühasibat Uçotu Standartları” ilə deyil, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS), Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS SME) və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (IPSAS) əsasən yerinə yetiriləcəkdir.

Aid olduğu kateqoriyadan asılı olaraq hüquqi şəxslər üçün mühasibat uçotunun aparılması üzrə tələblər aşağıdakı kimi müəyyən edilir:

·       Publik hüquqi şəxslər, ictimai əhəmiyyətli qurumlar üçün - yalnız IFRS

·       İri və Orta Sahibkarlıq Subyektləri üçün – öz seçimlərindən asılı olaraq IFRS və ya IFRS SME

·       Kiçik və Mikro sahibkarlıq subyektləri – Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması qaydaları və ya öz seçimlərindən asılı olaraq IFRS və ya IFRS SME

·       Qeyri-kommersiya təşkilatları – IPSAS prinsipləri əsasında  Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən uçot qaydaları əsasında

Qanunvericiliyə edilən sonuncu dəyişikliklər həmçinin bu sahədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə verilən səlahiyyət ilə də yadda qalmışdır. Belə ki, büdcə təşkilatları və maliyyə institutları istisna olmaqla digər bütün kommersiya təşkilatlarında yuxarıda qeyd olunan tələblərə əməl edilməsinə nəzarət aparılan vergi yoxlamaları çərçivəsində Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.

Bunları bilmək vacibdir!

·       IFRS və IPSAS artıq Azərbaycan dilinə rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc edilmişdir.  IFRS SME-nin 30 iyun 2019-cu ilə qədər dərc edilməsi gözlənilir.

·       Mühasibat uçotu haqqında qanuna əsasən mühasibat uçotu subyektləri tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim edilən vergi hesabatları onların yuxarıda qeyd olunan qaydada hazırlanmalı olan maliyyə hesabatlarını əvəz etmir.

·       Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda vergi orqanları vergi öhdəliklərini əlaqəli məlumatlar əsasında hesablamaq hüququna malikdir.

Faydalı linklər

·       Azərbaycan dilinə rəsmi tərcümə olunmuş IFRS

·       Azərbaycan dilinə rəsmi tərcümə olunmuş IPSAS

·       Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları

Deloitte şirkətinin ixtisaslaşmış peşəkar komandası maliyyə hesabatlarının tərtib edilməsi, mühasibat uçotu siyasətlərinin  hazırlanması, mühasibat uçotu üzrə təlim və məsləhət xidmətlərinin göstərilməsi də daxil olmaqla sizə bu sahədə tam dəstək verməyə hazırdır. 

 

Sual və təkliflərinizi gözləyirik.

Did you find this useful?