Əməkdaşlar

Rəna Xəlilova

Baş Menecer, Vergi

Rəna Xəlilova

25E Nobel ave.

Baku

Azerbaijan

AZ1025

Xəritəni göstər

Rəna Deloitte Azərbaycanın Vergi və Hüquq departamentində Baş Vergi Meneceridir. Rəna əsasən mühasibatlıq, vergi qanunvericiliyinə əməl edilməsi, uçotun aparılması sahələrində on beş ilə yaxın peşəkar təcrübəsi olan mütəxəssisdir. 2007-ci ildə Deloitte-ə qatılmazdan öncə fərqli sahələrdə mühasib vəzifəsində çalışmışdır. Rəna Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“IFRS”), korporativ vergilər, ƏDV, əmək haqqı vergiləri, və Hasilatın Pay Bölgüsünə aid olan və olmayan vergilər məsələlərində geniş təcrübəyə malikdir. O, vergi qanunvericiliyinə əməl edilməsi, vergi məsləhəti və vergi yoxlaması zamanı dəstək, uçotun aparılması, maliyyə hesabatları və başqa layihələr üzrə zəngin təcrübəyə malikdir. Rəna istehsal, neft və qaz, maliyyə və bankçılıq, məsləhət, gündəlik tələbat malları, telekommunikasiya və s. kimi fərqli sahələrdən olan şirkətlərə xidmət göstərir.

Rəna Xəlilova