Xidmətlər

Biznes Transformasiyası

Şəffaf uçotun qurulmasında peşəkar dəstək

16 ildir Azərbaycan bazarında fəaliyyət göstərən Deloitte şirkəti artıq iki ildən çoxdur ki, yüksək ixtisaslı və geniş təcrübəyə malik mütəxəssisləri ilə öz müştərilərinə Biznesin Transformasiyası sahəsində hər tərəfli dəstək göstərir.

Son dövrdə ölkə miqyasında şəffaflığın artırılması ilə bağlı aparılan islahatlar, uzun müddət diqqətdən kənarda qalan mühasibat və vergi uçotunun düzgünlüyünə dair tələblərin sərtləşməsi və nəzarət mexanizmlərinin işə salınması bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsini daha da zəruri etmişdir.

Baş verən dəyişikliklərə adekvat reaksiya göstərmək, həmçinin maliyyə itkiləri və reputasiya risklərinə məruz qalmamaq üçün sahibkarlıq subyektləri mövcud biznes modellərini bir daha nəzərdən keçirməlidir.

Biznesin Transformasiyası – vergi uçotunun dürüst və effektiv qurulması, həmçinin mühasibat uçotunun Beynəlxalq Mühasibatlıq Standartlarına uyğunlaşdırılması biznesin şəffaflığına və daxili nəzarətin gücləndirilməsinə doğru atılan ilk addımdır.

Biznesin Transformasiyasından nə gözləməli?

  • Şirkətin biznes əməliyyatlarına uyğun effektiv və qanunvericiliyə uyğun olan vergi uçotunun qurulması
  • Şirkətin mühasibat uçotunun bərpası və bu sahədə Beynəlxalq standartlara keçidin təmin edilməsi
  • Bütün alternativ uçot sistemlərinin ləğvi və vahid uçotun qurulması
  • Şirkətin vergi və maliyyə funksiyalarının işinin effektivliyinin artırılması
  • İdarəçilik hesabatlılığının dürüstlük səviyyəsinin artırılması
  • Maliyyə hesabatlarının Beynəlxalq Standartlara uyğun hazırlanması və kənar auditorun yoxlamasına hazırlıq
  • Ucuz maliyyələşmənin təmin edilməsi
Biznes transformasiyası xidmətimiz

Sualınız var? Biz sizə kömək edə bilərik.

Rəna Xəlilova

Rəna Xəlilova

Baş Menecer, Vergi

Rəna Deloitte Azərbaycanın Vergi və Hüquq departamentində Baş Vergi Meneceridir. Rəna əsasən mühasibatlıq, vergi qanunvericiliyinə əməl edilməsi, uçotun aparılması sahələrində on beş ilə yaxın peşəkar... Daha çox