Xidmətlər

FATCA

FATCA nədir?

FATCA Xarici Hesablar üzrə Vergi qanunvericiliyinə Əməletmə Aktıdır . Qeyri-rəsmi olaraq bu 18 mart 2010-cu il tarixdə qanun kimi imzalanmış və 1 yanvar 2013-cü il tarixdən qüvvəyə minmiş Məşğulluq Aktının bərpası üzrə (aşağıda daha ətraflı izah olunduğu kimi, vergiqoymanın 1 yanvar 2014-cü il tarixdən tez başlanmayacağına baxmayaraq) İşəgötürmə təşəbbüslərinə daxil edilmiş müddəaya istinad edir. Bu, Daxili Gəlir Məcəlləsinə xarici hesablardan istifadə etməklə ABŞ şəxsləri tərəfindən vergidən yayınma hallarına dair yeni fəsli (Fəsil 4) əlavə edir. Yeni qaydalar xarici maliyyə təşkilatlarından Daxili Gəlir Xidmətinə ABŞ-dan kənarda hesablara vəsait yerləşdirən bəzi ABŞ şəxsləri və bəzi qeyri-ABŞ müəssisələri üçün hər hansı ABŞ təsisçisi barədə məlumatı təqdim etməyi tələb edir.

Vergiqoymanın nə zaman başlayacağı gözlənilir?

FATCA əsasında vergiqoyma 1 yanvar 2014-cü il tarixdə və ya bu tarixdən sonra aparılan sabit və ya müəyyən oluna bilən, illik və ya dövrü (FDAP) ödənişlərə şamil olunur. FDAP və ümumi gəlirlər üçün FATCA əsasında vergiqoyma 1 yanvar 2015-ci il tarixdən başlayır. Vasitəli ödənişlər 1 yanvar 2015-ci il tarixdən tez olmamaq şərtilə FATCA üzrə vergiqoyma obyekti olacaqlar.

Uyğunluğu və təsiri

ABŞ-da əldə etdiyi gəlirdən ödəniş edən istənilən müəssisə FATCA tələblərini yerinə yetirib-yetirmədiyini nəzərdən keçirməlidir. FATCA maliyyə və qeyri-maliyyə müəssisələrinə şamil oluna bilər. FATCA geniş miqyası əhatə etdiyindən, faktiki olaraq ABŞ mənbəyində faiz və ya dividendlər yarada biləcək ABŞ əmlakının satılması və ya özgəninkiləşdirilməsi ilə bağlı ümumi gəlirlər daxil olmaqla, əksər növ gəlirləri əldə edən bütün qeyri-ABŞ müəssisələrinə birbaşa və ya dolayı şəkildə təsir edir. Bu həmçinin ABŞ-da əldə etdiyi gəlirdən müxtəlif növ ödənişlər edən ABŞ-in maliyyə və qeyri-maliyyə müəssisələrinə təsir edəcək belə ki, indi onların qeyri-ABŞ şəxsinə etdiyi ödənişlərdən FATCA-ya əsasən 30% vergi tutulması tələb oluna bilər. Bu ABŞ müəssisələrindən həmin qeyri-ABŞ şəxsləri üzrə sənədləri saxlamağı və həmin şəxslərin FATCA əsasında necə təsnifləşdirildiyini izləməyi tələb edəcək.  

FFİ nədir?

FFİ hər hansı qeyri-ABŞ müəssisəsi olan xarici maliyyə təşkilatıdır. O:

• Bank işinin və ya oxşar fəaliyyətlərin bir hissəsi kimi depozitləri qəbul edir

• Fəaliyyətinin mühüm hissəsi kimi digərlərinin hesabına maliyyə aktivlərinə sahib olur və ya

• Əsasən qiymətli kağızlara investisiya, təkrar investisiya və ya onların alqı-satqısında, birgə əməliyyatlarda, birja əməliyyatlarında iştirak edir və ya belə qiymətli kağızlar, partnyorluqlar üzrə iştirak payı və birja əməliyyatları üzrə hər hansı marağı olur.

Adətən banklar, brokerlər/dilerlər, sığorta şirkətləri, hecinq fondları, xüsusi fondlaşdırma şirkətləri və şəxsi kapital fondları kimi qeyri-ABŞ müəssisələri FFİ hesab edilə bilər.

Deloitte Sizə necə yardımçı ola bilər?

Vergi qanunvericiliyinin incəliklərini, eləcə də yerli yurisdiksiyaları, qaydaları və qanunları bilən Deloitte Azərbaycanın vergi üzrə mütəxəssisləri Sizə FATCA xidmətləri ilə bağlı köməklik təklif edirlər.