Indirect Tax

Xidmətlər

Dolayı vergi

18 faiz standart ƏDV dərəcəsi və dəfələrlə yüksək olması ehtimal edilən gömrük rüsumları ilə dolayı vergilər üzrə öhdəliklərin və gömrük rüsumlarının idarə edilməsi sizin mənfəətiniz üçün böyük əhəmiyyət kəsb edə bilər. Təcrübəli heyətimiz öhdəliklərinizin optimallaşdırılmasını təmin etmək üçün lazımi bacarıqlara malikdir.

Gömrük məsələləri ilə bağlı Xidmətlər

Təhlükənin azaldılması və risklərin idarə edilməsi

 

Gömrük rüsumları və beynəlxalq ticarət xərcləri sizin gəlirliliyinizə birbaşa təsir göstərir. Gömrük nəzarəti və hesabatı qaydalarına əməl edilməməsi nəticəsində müəssisəniz üçün əhəmiyyətli həcmdə cərimələr və xərclər yarana bilər. Qlobal ticarət qərarlarının və öhdəliklərinin effektiv idarə edilməsi qlobal təchizat sisteminizdə nəzərə alınmalı başlıca amillərdən olmalıdır.

Gömrük məsələləri üzrə peşəkarlarımız gömrük rüsumu ödənişlərini və beynəlxalq ticarət xərclərini azaldan, eləcə də hüquqi və qanunvericilik tələblərinin yerinə yetirilməsinə imkan yaradan strategiyaların hazırlanmasına və qlobal ticarət əməliyyatlarının stukturlaşdırılmasına köməklik göstərirlər.

Necə yardımçı ola bilərik

Konsaltinq

Deloitte Azərbaycan-ın gömrük məsələləri üzrə heyəti hüquqşünaslardan və iqtisadçılardan ibarətdir. Bu peşəkarlar mürəkkəb gömrük prosedurlarından və gömrük sənədləşməsindən keçməkdə şirkətlərə köməkçi olur ki, bu da vaxtın və xərclərin effektiv və hüquqi cəhətdən uyğun bölgüsünə imkan verir:

 

  • Gömrük sənədlərinin, eləcə də idxal və ixrac bəyannamələrinin hazırlanması və təhlili, vergi və rüsumların hesablanması;
  • Gömrük ödəmələri (idxal rüsumları, idxal ƏDV-si və/və ya aksiz vergiləri) sahəsində potensial və cari inzibati sanksiyaların və /və ya araşdırmaların təhlili;
  • Gömrük idxalı/ ixracı prosedurlarına dair məsləhət;
  • Gömrük rüsumundan azadolma sertifikatlarının əldə edilməsi;
  • Gömrük planlaşdırması;
  • Gömrük yoxlaması;
  • Gömrük qanunvericiliyi və cari nəzarət üzrə hüquqi dəstək

ƏDV

Dolayı vergilərin optimallaşdırılması

Azərbaycan Respublikasının ƏDV qanunvericiliyi və qaydaları kompleks və inzibati cəhətdən sərtdir. Qanunvericiliyin və müddəalara və qaydalara tez-tez edilən dəyişikliklərin birlikdə təfsir edilməməsi biznesiniz üçün müəyyən risklər yarada bilər.

Heyətimiz mümkün təhlükələrlə bağlı istiqamətin verilməsində, həmçinin, biznesinizin vergi baxımından effektiv və tələblərə uyğun olmasını təmin etməkdə sizə yardımçı ola bilər. Aşağıdakı xidmətlərlə sizə dəstək göstərə bilərik:

  • Azərbaycanda əməliyyatlar apardıqda müvafiq biznes strukturları və prosesləri barədə məsləhətin təmin edilməsi
  • Mövcud imtiyazların və güzəştlərin tətbiqini, o cümlədən risklərin azaldılmasını təmin etmək məqsədilə mövcud biznes modelinizin təhlili və yerli ƏDV qaydalarının optimallaşdırılmasına üsuluna dair məsləhət
  • Razılaşmaların, müqavilələrin və onlara düzəlişlərin ƏDV təsirlərinin təhlili
  • Dolayı verginin kapitalın qurulması, biznesin yenidəntəşkili və ticarət güzəştləri kimi konkret əməliyyatlara və fəaliyyətlərə tətbiqinə dair məsləhətləşmə
  • Ayrıca ƏDV uçotunun aparılması, eləcə də tələb olunan hər hansı reyestrlərin yaradılması üçün metodların hazırlanması və təkmilləşdirilməsi
  • ƏDV üzrə depozit hesablarının idarə edilməsi və hesab-fakturaların elektron hazırlanması proseduruna dair məsləhət
  • Vergilər Nazirliyinə təqdim olunacaq ərizələrin hazırlanması
  • ƏDV-nin geri iddia edilməsi üzrə strategiyaların təklifi və belə strategiyaların tətbiqinə dəstək

Partnyor, Vergi və Hüqüq

Nuran Kərimov

Nuran Kərimov

Idarəedici Partnyor

Nuran Kərimov Deloitte Azərbaycanda Vergi və Hüquq Praktikasına rəhbərlik edir. O, həm beynəlxalq, həm də Azərbaycandakı şirkətlərə və fiziki şəxslərə müxtəlif vergi və əlaqədar biznes məsələləri ilə ... Daha çox

Dolayı Vergi səhifəsinə qayıt