CIO & Executive program

Xidmətlər

İnformasiya direktoru və icraedici rəhbər şəxslər üçün proqram

İT funksiyası ilə bağlı tələbatın artması İT direktorunun da rolunu artırır. Yeni İT direktorları texnologiyaları yalnız tətbiq etmir, həm də onlar vasitəsilə müəssisənin transformasiyasını həyata keçirir.

Deloitte-un İnformasiya direktoru və icraedici rəhbər şəxslər üçün Proqramı yuxarı səviyyə İT rəhbərliyinin biznes problemlərinin və dəyişikliklərinin öhdəsindən uğurla gəlməsinə, İT funksiyalarını, icraedici vəzifələrini uğurla yerinə yetirməsinə və bu mövqeni saxlamasına yardımçı olur. Bazarın aparıcı texnoloji tendensiyaları və İT idarəetməsi üzrə müqayisəli təhlil ilə tanışlıq, peşəkar inkişaf proqramları və seminarları, eləcə də rəhbərlərin bərabərhüquqlu əlaqəsi sayəsində biz İT direktorlarının bugünkü tələblərdən xəbərdar olmasını və belə tələblərə uyğunlaşmağa hazır olmasını, inamla irəliləməsini təmin edirik.

Texnoloji Tendensiyalar 2016

Rəqəmsal erada yenilik edərək

Deloitte-un Texnoloji Tendensiyalara dair 7-ci illik hesabatı 8 tendensiyanı üzə çıxararaq, onların növbəti 18-24 ay ərzində əməliyyatlar zənciri sistemindən tutmuş artan reallığa qədər,Əşyaların İnterneti, texnologiyanın sosial məsuliyyətli əlavələri və sairlərin biznesə təsir edə biləcəyini araşdırır.

Aşağıdakı başlıqlara daxil olmaqla tendensiyalarla tanış olun və ya tam hesabatı PDF-də oxuyun.

executive management program

İT layihəsi üzrə Portfelin idarə edilməsi 

Struktur dəyişikliyi nəticəsində həm biznesdə uğur qazanmaq imkanı əldə olunur, həm də səhmlərin məzənnəsinin azalması riski yaranır ki, bu da fəaliyyətin fasiləsizliyinə təsir göstərə bilər. Mümkün çatışmazlıqlardan yayınmaqda, eləcə də layihələri büdcəyə uyğun və vaxtında reallaşdırmaqda sizə yardımçı olmaq üçün müvafiq bacarıqlarımız və təcrübəmiz vardır.


executive management program

İT strategiyası və idarəetməsi

İT funksiyasının gündəlik idarə edilməsi və nəzarəti yüksək səviyyədə olmaya bilər, lakin əhəmiyyətlidir. Biz sizə dəstək göstərə bilərik. Dünya səviyyəli İT-mağazaların yaradılması, müəssisənizdəki İT proseslərinin strukturlaşdırılması və optimallaşdırılması, eləcə də bunların qənaətli və səmərəli üsulla həyata keçirilməsində sizə yardımçı ola bilərik.

executive management program

Mobil istehlakçılara dair qlobal tendensiyalar: Birinci nəşr

İnkişafda olan bazarlar həmişə şəbəkəyə qoşulmuş dünyada daha çox irəli gedirlər

Yeni maraqlı nəticələrə görə, mobil rabitənin istifadəçilərin gündəlik həyatına təsiri artmağa davam edir. Daşınan qurğuların/cihazların yüksək səviyyədə inkişafı ilə əlaqədar smartfon və planşetlərin insanların həyatına daha çox nüfuz edir. İstehlakçılara dair qlobal tendensiyalar haqqında son hesabat dəyişən istifadəçi vərdişlərini, gündəlik istifadə təfərrüatlarını, eləcə də istehlakçı üstünlüklərini əhatə edir. İstehlakçıların ən çox istifadə etdikləri tətbiqi proqramlar və onların mobil telefonlarının gün ərzində bir neçə dəfə kim tərəfindən yoxlandığı müəyyən edilir.

executive management program

Bizim liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Direktor, Məsləhət xidmətləri

Tural Deloitte Azərbycanda risklərin idarə olunması, təhlükəsizlik və gizlilik üzrə məsul Direktor vəzifəsində çalışır. Onun kareyerası ərzində Tural şirkətlərə yenilikçi həllər üzrə Azərbaycan, MDB v... Daha çox