Həllər
Analitika və İnformasiyanın idarə edilməsi
Mətn ilə tanış olun
- Təfərrüatlara dair strategiya
- Məlumat və Məzmunun idarə edilməsi
- İnformasiyanın çatdırılması və avtomatlaşdırma
- Fəaliyyətin idarə edilməsi
- Qabaqcıl Analitika
Analitik Icmallara Əsaslanan Strategiya
Hər hansı bir müəssisənin Analitik icmallara əsaslanan müəssisəyə çevrilməsi prosesi Kadr, Proses, Məlumat və Texnologiya kimi qurucu vasitələr və Analitik metodların tətbiqi Strategiyası əsasında həyata keçir. Biz, ən mürəkkəb biznes məsələlərini aradan qaldırmağa yardımçı olan analitik vasitələrdən istifadə edir və qərarvermə prosesində məlumat təhlilinin tətbiqi strategiyasının qurulmasına dəstək göstəririk. Əsas məlumatlar və analitik məsələlərin, risklərin aradan qaldırılması və imkanların dəyərləndirilməsi ilə bağlı, o cümlədən gələcək vəziyyətə təsir göstərəcək amilləri, fəaliyyət planı üzrə prioritetləri, kadr tələblərini, investisiyaları, gəlirləri əhatə edən strateji və taktiki metodları qiymətləndirməklə CXO-nun fəaliyyət planlarına təsir etmək məqsədilə xidmətlərimizə biznes, texnologiya və müvafiq elmi sahədə biliklərə sahib komandalar cəlb olunur.
Biz, innovativ, eləcə də məlumat və proseslərin təhlili texnologiyaları vasitəsilə və müəssisəyə məxsus məlumatlardan istifadə etməklə prioritet halların operativ qiymətləndirilməsi və tətbiqində müştərilərə yardımçı olmaq məqsədilə Məlumat & Analitika Mərkəzlərindən (DNA) yararlanırıq. Yüksək effektivliyə malik alət və texnologiyaların, eləcə də innovativ texnologiyalar və Böyük həcmli Məlumatlar, Əşyaların İnterneti, Süni İntellekt və Kraudsorsinq kimi eksponensial texnologiyaların tətbiqi ilə rəqabət üstünlüyünə və operativliyə nail olmaq üçün fərqli exosistemdən faydalanmaqda müştərilərə dəstək oluruq.
Biz mühüm üstünlükləri olan praktiki layihələr hazırlayır və bu prosesdə məlumatın monetizasiyası texnikalarından istifadə edirik ki, bu da ayrı-ayrılıqda və ya daha geniş əməkdaşlıq çərçivəsində yeni mənbədən müntəzəm daxilolmaların müəyyənləşdirilməsi zamanı institutların məlumat aktivlərindən istifadə imkanlarını (kommersiya məqsədilə) aşkarlamaq və belə imkanlardan yararlanmaq məqsədi daşıyır.
Müvafiq strategiya təklifimizə aşağıdakılar aiddir:
• "Analitik icmallara əsaslanan" Müəssisə
• Məlumatların Monetizasiyası
• Məlumat Laboratoriyası Xidmətləri
• Strateji yol xəritələri və "Müştərinin səyahət" xəritəsi"
Verilənlər və Kontentin İdarə Edilməsi
Deloitte biznes transformasiyalarının dəstəklənməsi, qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsi, habelə əsas biznes proseslərinin işə salınması məqsədilə "strukturlaşdırılmış verilənlərin" daxil olunduğu effektiv Enterprise Data Management (EDM) (müəssisədə verilənlərin idarə edilməsi) həllərinin layihələndirilməsində, hazırlanmasında və tətbiqində dünyanın bir sıra aparıcı şirkətlərinə yardımçı olmuşdur.
Tez-tez istifadə olunan texnologiyalara aşağıdakılar daxildir: SAP, IBM, SAS/DataFlux, Informatica, və Microsoft. Bizim EDM təkliflərimiz aşağıdakılardan ibarətdir:
• Korporativ İnformasiya Strategiyası(Enerprise İnformation Strategy): Korporativ strategiyaya uyğun olaraq strukturlaşdırılmış və strukturlaşdırılmamış verilənlər üçün müəssisə üzrə strategiya və fəaliyyət planının müəyyən edilməsi.
• Verilənlərin Tənzimlənməsi və Proseslər(Data Governance & Processes): Korporativ məlumatların effektiv şəkildə tənzimlənməsi üçün təşkilati strukturun, siyasət və proseslərin qurulması.
• Verilənlərin Keyfiyyəti(Data Quality): Yüksək keyfiyyətli verilənlərin təmin edilməsi üçün həllərin, proseslərin və idarəetmənin təmin edilməsi.
• Master və Meta Verilənlərin İdarə olunması(Master & Meta Data): Müştəri və məhsulla bağlı məlumatlar kimi əsas məlumat obyektlərinin idarə olunması üçün həllərin və proseslərin işlənib hazırlanması və tətbiqi.
• Verilənlərin Arxitekturası və Mənşəyi (Data Migration & Lineage): Korporativ infrastruktura inteqrasiya olunmuş sistemlərin, alətlərin və modellərin müəyyən edilməsi.
Verilənlər Bazasının Miqrasiyası (Data Migration): Əvvəlki tətbiqi sistemlərdən ERP, CRM və DWH kimi yeni tətbiqi sistemlərə miqrasiyaların (keçirilmənin) idarə edilməsi və təşkili.
Bundan əlavə, müəssisələr bir çox sənədlərə, sistemlərə, intranet, internet və başqalarında yerləşən "strukturlaşdırılmamış məlumat" formasında etibarlı informasiya blokuna malikdir. Deloitte’un Enterprise Content Management (ECM) (Korporativ İnformasiya Resurslarının İdarə edilməsi) siyasəti bu verilənləri optimallaşdırmaq, habelə onları yaratmaq, idarə etmək, yaymaq və istifadə etmək üçün yeni üsullar tapmaqda yardımçı olur. Biz sənədlərin, biliyin, işlərin idarə edilməsi, intranet və internet, skanlaşdırma və arxivləşdirmə, sənəd dövriyyəsinin təşkili, hesab fakturaların emalı, habelə rəqəmsal sənədlərin ERP və CRM kimi mövcud tətbiqi sistemlərdə inteqrasiyası ilə bağlı köməklik göstəririk. Tez-tez tətbiq olunan texnologiyalara aşağıdakılar daxildir: SAP, OpenText, Microsoft SharePoint, Adobe və K2.
Bizim ECM (Korporativ İnformasiya Resurslarının İdarə edilməsi) təkliflərimiz aşağıdakılardan ibarətdir:
• Kontentin və Qeydlərin İdarə edilməsi: (Content and Records Management) Kontentin idarə edilməsi üzrə konsepsiyanın, strategiyanın, tədbirlər planının və texniki-iqtisadi əsaslandırmaların (business cases) işlənib hazırlanması.
• Arxitektura və Alətlər(Architecture & Tools): Texnoloji arxitektura cizgisinin hazırlanması. Təchizatçılar və ticarət alətləri və ya mühüm alətlərin seçilməsi ilə bağlı məsləhətin verilməsi.
• Transformasiyalar(Transformations): Kontentin idarə edilməsi üçün texnoloji həllərin və proseslərin təhlili, layihələndirilməsi və tətbiqi. Müxtəlif profillərə malik işçi qrupunda çalışaraq, biz həmçinin proseslərin,mədəniyyətin və təşkilatın transformasiyasını idarə edə bilirik.
• Əməliyyatlar (Operations): Müəssisələrin gündəlik ECM əməliyyatlarının dəstəklənməsi və ya Application Management Services (AMS) (Tətbiqlərin İdarə olunması Xidmətləri) proqramından istifadə etməklə ECM həlləri üçün öhdəliyin qəbul edilməsi və əməliyyatların icrası.
Məlumatın Çatdırılması və Avtomatlaşdırılması
Məlumatın hədəf auditoriyaya necə çatdırılması onun necə və nə zaman istifadə edilməsində mühüm rol oynayır. Verilənlərin həcmi böyüdükcə, kompüterlər daha da sürətləndikcə, təhlillər daha da mürəkkəbləşdikcə, biz işçilərə, tərəfdaşlara və təchizatçılara daha yaxşı əməkdaşlıq etməyə, daha səmərəli işləməyə və nəticə etibarilə isitfadəçi tələblərinə yönümlü, effektiv korporativ alətlərinin köməyi ilə daha əlverişli biznes qərarları verməyə yardımçı oluruq. Bizim strukturlaşdırılmış və strukturlaşdırılmamış verilənləri bir sıra daxili və xarici mənbələrdən paket rejimində, real vaxt və reala yaxın vaxt miqyasında əldə etmək və təmizləmək üçün kifayət qədər təcrübəmiz vardır.
Verilənlər bazalarından və verilənlər anbarlarından istifadə edən müasir texnologiyalar bizə strukturu məhdud olmayan analitik iş yükləri üçün şəffaf məlumatları toplamağa, onları zənginləşdirməyə, emal etməyə və effektiv şəkildə təqdim etməyə imkan verir.Biz veb-bloq və sensor kimi ənənəvi strukturlaşdırılmış verilənlər və verilənlər axınları əsasında analitika üçün biznes imkanlarını əks etdirən modelləri aşkar etmək məqsədilə məlumatın aşkar edilməsi və hadisələrin prosessinqi modullarından istifadə edirik. Bu modullar müəssisənin əməliyyat və idarəetmə hesabatlılığı üçün lazımlı olan hesabatlar, xüsusi sorğular, informasiya panelləri kimi dolğun, diaqnostik, proqnoz verici və istiqamətləndirici analitik icmalların təqdim edilməsini təmin edir.
Bununla mürəkkəb informasiya və məlumat toplusunu asan, anlaşılan və funksional vizual formatlar vasitəsilə daha aydın hala gəlir.
Bizim Məlumatın Çatdırılması və Avtomatlaşdırılması ilə bağlı təkliflərimizə aşağıdakılar daxildir:
• Vizuallaşdırma və Verilənlərin Aşkar edilməsi;
• Vizuallaşdırma və Bulud texnologiyaları;
• Yaddaşdakı həllər;
• Verilənlərin inteqrasiyası /Əldə olunması və daxil edilməsi;
• Məlumat Anbarları / Məlumat Gölləri
Fəaliyyətin Effektivliyinin İdarə ediməsi
Müəssisə Fəaliyyətinin Effektivliyinin İdarə ediməsi (Enterprise Performance Management (EPM)müəssisə üzrə qoyulmuş hədəflər və qəbul edilmiş peşəkar keyfiyyətlər əsasında ayrı-ayrı işçilərin fəaliyyət istiqamətlərini müəyyən edən, onları idarə edən və təhlil edən kompleks prosesdir. Fəaliyyətin kompleks idarəetməsinin hansı dövründə yer aldığınızdan asılı olmayaraq, biz sizə biznes fəaliyyətinizi daha effektiv şəkildə idarə etməyiniz üçün şəffaf və səmərəli texnoloji həlləri tətbiq etməkdə yardımçı ola bilərik.
Mahiyyətcə, təşkilatı fəaliyyətin idarə edilməsi texnoloji məsələ deyil, biznes məsələsidir. Biznesdə çevik, sahə üzrə dərin biliklərə malik və təşkilatlara fəaliyyəti qiymətləndirmək və idarə etmək imkanı verən dərin təcrübəli mütəxəssisləri cəlb etmək - məhz bu prinsipi biz rəhbər tuturuq.
Biz, effektivliyin idarə edilməsi üçün bütün funksional və texniki tərəfləri nəzərə almaqla 360 dərəcəli kompleks yanaşma təklif edirik. Planlama, hesabat və konsolidasiya kimi 3 əsas perspektiv üzrə üzləşdiyiniz çətinlikləri aradan qaldırmaq istiqamətində, strategiyadan başlayaraq, konsepsiya, icra və əməliyyata qədər bütün xidmətləri əvvəldən sona fərdi yanaşma ilə yerinə yetiririk.
Bizim EPM təkliflərimiz aşağıdakılardan ibarətdir:
• Müəssisə fəaliyyətinin effektivliyinin idarə edilməsi strategiyası
• Qiymətqoyma və rentabelliyin idarə edilməsi
• Xərclərin idarə edilməsi
• Planlama, büdcə və proqnozlaşdırma
• Konsolidasiyalar
• Maliyyə və idarəetmə hesabatı
• Modelləşdirmə və Qərarların dəstəklənməsi"
Qabaqcıl Analitika
Məlumatın əhəmiyyəti onun şərh edilməsindən asılıdır. Məlumatların əhəmiyyətini aparılan analitikalar ilə artırmaq üçün biz, müəssisələrlə demək olar ki, bütün sənaye seqmentlərində, onların əsas fəaliyyət istiqamətləri üzrə işləyirik. Analitika praktiki məlumatlar əldə etmək üçün proqnoz modelləşdirmə, avtomatlaşdırılmış öyrənmə və mətnin intelektual analizi metodu ilə verilənlər toplusu üzərində avtomatlaşdırılmış öyrənmənin, proqnoz modelləşdirmənin statistikanın, habelə qabaqcıl vizualizasiya vasitələrinin tətbiqidir.Analitika müştərinin biznes domenlərində, habelə təchizat zənciri, maliyyə, işçi qüvvəsi və risklər ilə bağlı verilən qərarları dəstəkləyir.
“Analytics Labs” resursları vasitəsilə biz “Deloitte’s Greenhouse/HIVE (interaktivliyi yüksək vizual mühit) məkanlarından istifadə edərək, analitika strategiyaları mövzusunda seminarlar, “mümkün olmayan hər şey mümkündür” şüarı ilə həvəsləndirici konfranslar, yaradıcı təfəkkürə əsaslanan “beyin fırtınası” seanslarını təşkil edirik.
Bizim Qabaqcıl Analitika komponentlərimizə aşağıdakılar daxildir:
• Qabaqcıl Vizualizasiya və Sürətli Prototipləşdirmə
• Təbii dilin prosessinqi və Mətn Analitikası
• Kontent-Analitika və Proqnoz- Kontentin təqdim edilməsi.
• Real Vaxt Miqyasında Qərar qəbul etmə və Verilənlərin Ötürülməsi
• Avtomatlaşdırılmış öyrənmə, Proqnoz və İstiqamətləndirici Analitika (Prescriptive Analytics)
Qabaqcıl analitikalar üçün biz R, SAS, IBM Modeller və Watson, Python, habelə digərləri ilə yanaşı Fluxicon Disco texnologiyalarından istifadə edirik.
Koqnitiv
Koqnitiv anlayışların formalaşması bir çox hallarda seqmentləşdirmə, 360 dərəcəli profil, individual yanaşma, proqnoz edici analitika, modellərin tanınması vasitəsilə müştərinin fəaliyyət sahəsinin öyrənilməsini tələb edən müxtəlif alqoritmlər ilə müşayiət olunur. Biz, koqnitiv təhlillər və qarşılıqlı ünsiyət və əlaqələr vasitəsilə, yeni ideyalar qurmaq və informasiya kütləsində gizli qalan reala yaxın zaman miqyasına uyğun cavabları tapmaq üçün, müxtəlif verilənlər axınlarından, yazılı mənbələrdən və sosial şəbəkələrdən konsepsiyaları və əlaqələri əldə edirik.
Deloitte Koqnitiv hesablamalar vasitəsilə biznes strukturlarının və bütünlükdə sənaye seqmentlərinin yenidən qurulması potensialını üzə çıxarır. O insan əqlinin imkanları ilə yarışan və onarı artıra bilən bir sıra funksiyaları bir araya gətirir. Koqnitiv avtomatlaşdırma funksiyasına mürəkkəb biliklərləri və biznes qərarlarının qəbul edilməsi prosesini avtomatlaşdırmaq üçün dəyəri yüksək mütəxəssis əməyi tələb edən və təkrarlanan tapşırıqları ”tanıyaraq” insan zəkasının potensialının artırılması daxildir. Bu işçilərə cavabları əldə etmək üçün böyük həcmdə verilənləri maneəsiz şəkildə skanlaşdırmaqla, xidmətlərin keyfiyyətini və dəqiqliyini artırmaq və onları vaxtında yerinə yetirmək imkanı verir.
Koqnitiv duyma və formalaşdırma (Cognitive sensing and shaping) modullarından istifadə etməklə, biz, Deloitte-un ""10 növ innovasiya"" konsepsiyasına uyğun intellektual strategiya qurmaq üçün məlumat kanallarını, xəbər bülletenlərini və sosial şəbəkələri “duya”, bundan əlavə, məlumatların real vaxt miqyasında, fasiləsiz təhlili əsasında istifadəçilərə müvafiq icmalları təqdim etməklə risk daşıyan hadisələr baş verməzdən əvvəl, onları aşkar edə bilirik.
Bizim Koqnitiv təkliflərimiz aşağıdakılardan ibarətdir:
• Koqnitiv İştirak (Cognitive Engagement)
• Koqnitiv Avtomatlaşdırma
• Koqnitiv Duyma və Formalaşdırma
• Koqnitiv Anlayışlar (İcmallar) (Cognitive İnsights)
İdarə olunan Xidmətlər
İdarə olunan analitika- şirkətlərin bu gün üzləşdiyi əksər problemlərə, habelə “ özün et” (do it yourself) fəaliyyətlərinə düşünülmüş və məntiqli alternativlər təklif edir. Analitik texnologiyanın outsorsinqi və analitik düşüncə tərzinin insorsinqi hesabına — siz qabaqcıl daxili həllərin təklif etdiyi imkanları və ideyaları daha sürətli və effektiv şəkildə əldə edə bilirsiniz.
İdarə olunan analitik həllərimizə aşağıdakılar daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla Bacarıqların Formalaşdırılması və İdarə olunan Xidmətlər (Build Capabilities & Managed Services) daxildir:
• Bacarıqların Formalaşdırılması (Build Capabilities) - Düzgün proseslər, tənzimləmə, metodologiyalar və alətlər daxil olmaqla, analitikalar üçün düzgün əməliyyat modellərinin hazırlanması:
• Dinamik İşlənib Hazırlanma (Agile Delivery): İterativ (təkrarlanan) rejimdə işləmək və maraqlı tərəflərə işlənib hazırlanmış həllərlə tanış olmaq və onları müvafiq qaydada əks etdirmək imkanı verəcək çevik alətləri istifadə etmək üçün müştərilərə müəssisələri daxilində Dinamik İşlənib Hazırlanma (Agile delivery) adlı proqram platformasını və yanaşmanı qurmağa yardımçı olmaq.
• Kraud Soursinq (Crowd Sourcing): İnnovativ ideyalar əldə etmək üçün geniş insan kütləsininin potensialını işə salmaq və müxtəlif tərkibli daxili və xarici resurs bazasından faydalanmaqla icra tempini sürətləndirmək.
• İdarə olunan Xidmətlər (Managed Services): Autsorsinq analitikası daha sürətli və effektiv olmaqla qabaqcıl daxili həllərin təklif etdiyi imkan və ideyalara uyğun gəlir:
• İnfrastruktur Xidmət kimi(İnfrastucture as a Service): Müxtəlif miqyasda tələbləri qarşılamaq üçün bulud hesablama və saxlama infrastrukturunun təhlükəsizliyi və sənaye standartları məlumatlarının inteqrasiyasına və informasiya yayma arxitekturasına dəstək.
• Verilənlər Xidmət kimi (Data as a Service): Mənbənin müəyyən edilməsi, verilənlərin qəbulu və emalı (data ingestion), təmizlənməsi, müqayisəli şəkildə yoxlanılması və uyğunlaşdırılması, əsas verilənlərin idarə edilməsi və nəzarətlər daxil olmaqla, tələb edilmiş verilənlərin idarə edilməsi üçün Bulud platforması və xidmətləri.