Oracle

Həllər

Oracle

Oracle sektoru üzrə təkliflər və həllər

İmkanlarını daha qısa müddətdə artırmaqda müştərilərə yardımçı olmaq üçün Deloitte keçmiş təcrübəmiz və aparıcı praktikalar əsasında sənaye və biznes prosesləri ilə bağlı xüsusi həllərdən ibarət portfel hazırlamışdır. 

Oracle Rəqəmsal Transformasiya

Oracle şirkəti müəssisənin öz rəqəmsal strategiyasını inkişaf etdirməsinə şərait yarada bilən və birgə istifadəsi nəzərdə tutulan sosial, mobil, analitik, bulud əsaslı və digər texnologiyalar hazırlamışdır. 

Oracle Müşətri Təcrübəsi üzrə Transformasiya

Müştərilər ardıcıl, fərdi müştəri yanaşmaları təmin etməyə səy göstərirlər və Oracle-in satış, xidmət, sosial, marketinq, kommersiya, CPQ və analitik məhsulları hər bir sifarişçinin maraqlarını bizim müştəri brendləri ilə əlaqələndirə bilər.

Oracle Maliyyə üzrə Transformasiya

Oracle şirkəti rəhbərliyin maliyyə strategiyası və konsepsiyasının tətbiqinə imkan yaradan təkliflər toplusu hazırlamışdır. Bununla müəssisə effektivliyin artırılması strategiyasına yönəlmək üçün gündəlik əməliyyatların qeydiyyatı və hesabların təhlili kimi tapşırıqların öhdəsindən gəlməkdə müəssisəyə yardımçı ola bilər.

Oracle Proqram Məhsulları və Texnoloji Xidmətlər

Müəssisələr Oracle avadanlığı, Oracle proqram təminatından və digər tətbiqi proqramlardan istifadə etməklə İT strukturlarının transformasiyasını həyata keçirə bilərlər. Oracle texnologiyası və kompleks məhsul portfeli bugünkü biznes mühitinin tələb etdiyi rahat idarəetməni, etibarlılığı və yüksək səviyyədə fəaliyyəti təmin edir. 

Oracle Bulud

Oracle bulud proqramları operativ biznesin, təkmilləşdirilmiş müştəri məmnuniyyəti, artırılmış effektivlik, daha səmərəli əməliyyatlar, kadrların daha yaxşı saxlanması və ümumilikdə, daha qısa müddətdə və az resursla daha yüksək nəticələr əldə etmək imkanlarını təmin edir. 

Oracle Proqramı və Sənaye Sahəsində Təkliflər

Müştərilərə fəaliyyət effektivliyini artırmağa yardımçı olmaq üçün Deloitte sənaye sahəsinə və biznes proseslərinə uyğunlaşdırılmış həllər portfelini işləyib hazırlamışdır ki, bu da bizim keçmiş təcrübəmizdən və qabaqcıl sənaye praktikalarımızdan bəhrələnir. Oracle onun tərəfindən hazırlanmış və ya alınmış Müəssisə Resurslarının Planlaşdırılması (ERP), müştəri ilə əlaqələrin idarə edilməsi (CRM) və təchizat zəncirinin idarə edilməsi (SCM) üzrə tətbiqi proqramlardan ibarət 5 paket (Oracle Cloud, E-Business Suite, PeopleSoft, JD Edwards and JD Edwards World) təklif edir. 

Oracle Təchizat Zənciri Transformasiyası

Tamamilə bulud sistemi və müasir təchizat zəncirindən təşkil olunmaqla,  Oracle SCM Cloud intellektual təchizat şəbəkəsini yaratmaq üçün tələb olunan imkanları, anlayışları və bacarıqları təmin edir. Oracle SCM Cloud məhsul innovasiyası, strateji material mənbələrinin əldə olunması, istehsal üzrə autsorsinq, inteqrasiya olunmuş logistika, hərtərəfli tətbiq bacarıqları, inteqrasiya olunmuş tələb və təchizat planlaşdırması imkanlarına malik olmaqla bulud sistemində hərtərəfli SCM paketidir. 

 

Liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox