Xidmətlər

Təşkilatın transformasiyası və insan qaynaqları

Rəqəmsal və yeni yaranan texnologiyalar, dəyişən bazar şərtləri və qanunvericiliyin tələbləri biznes transformasiyasına şərait yaradan ümumi xarici amillərdir. Şirkət daxilində transformasiyanı stimullaşdıran idarəetmə və inkişaf və ya konsolidasiya strategiyalarıdır (qoşulmalar və udulmalar daxil olmaqla). Amildən asılı olmayaraq, eyni çətinliklər təşkilati struktur, kadr işi, rəhbərlik və mədəniyyətin biznes strategiyasına uyğunlaşdırılması nəticəsində transformasiya konsepsiyasının nə dərəcədə reallığa çevrilməsinə və uzun müddət ərzində davam etdirilməsinə də aiddir. Deloitte-un Təşkilati Transformasiya və Kadr işi üzrə mütəxəssisləri transformasiya ilə bağlı geniş təcrübələrini və praktiki iş bacarıqlarını uyğunlaşdırırlar. Təşkilati və insan resursları ilə bağlı həllərimiz davamlı dəyişikliklərin idarə olunması üçün analitikaya əsaslanan innovativ alətlərdən və resurslardan təşkil edilmişdir.

Dəyişikliklərin idarə edilməsi 

Müəssisələrdə transformasiya bir sıra yollarla baş tutur: birləşmələr, qoşulmalar vasitəsilə, rəqəmsal şəkildə, o cümlədən yeni texnologiyaların tətbiqi, yenidənqurma və qanunvericilikdəki dəyişikliklər ilə. Transformasiya, həmçinin, inkişaf etmək və qeyri-sabit bazar şərtlərinə cavab vermək məqsədilə istiqamətin dəyişməsi ilə bağlı strateji və yeni idarəetmə qərarları əsasında baş verir. 

 

Korporativ mədəniyyətlə bağlı dəyişikliyin sürətləndirilməsi

Bir çox icraçılar mədəniyyətin dəqiqliklə formalaşdırılmasının və idarə olunmasının çətin olduğunu bildirirlər.

 

 

Qlobal olaraq uğurlu əməliyyatların aparılması planlarının qurulması

Birləşmə və qoşulma prosesi heç bir zaman rəqabətli və ya mürəkkəb olmamışdır. Bu, bütün alıcı və satıcı şirkətlərə aid olsa da, sərhədləri daxilində və xaricində bir sıra mürəkkəb əməliyyatlar aparan Yaponiya şirkətləri daha çox investisiyalar ayırmaq üçün qabaqcıl praktikaların tətbiqinə xüsusi əhəmiyyət verməlidirlər. 

Devising a blueprint for delivering deal success around the globe

İşçinin səylərinin qiymətləndirilməsi ilə bağlı müasir metodlar

Texnologiya işçilərin səylərinin qiymətləndirilmə metodları və vaxtı ilə bağlı yeni imkanlar açmağa davam edir. Təchizatçı texnologiyaları sahəsindəki yeniliklər sayəsində yeni məhsul və həllər yaradılır. Çoxlu seçimin olduğu şəraitdə müəssisələr hansı yola üstünlük verməkdə çətinlik çəkirlər. 

Əsas kontakt

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox