Təfərrüatlar

Qida təhlükəsizliyi barədə məlumatlar

Qeydiyyatdan keçməyə tələsin!

Qida məhsullarının satışı bütün dünyada geniş şəkildə həyata keçirilir və lazımi nəzarət olmadığı təqdirdə ciddi təhlükəsizlik riskləri yaradır. Bütün ölkələr qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi məqsədilə təchizat zəncirinin monitorinqini aparır. Bu səbəbdən də, Azərbaycan hökuməti şirkətlər tərəfindən təchiz olunan qida məhsul və xidmətlərinin növləri, habelə yem istehsalından başlayaraq, xammal istehsalı, qida məhsullarının emalı, qablaşdırılması, saxlanması, daşınması, utilizasiyası, idxal və ixracına qədər bütün təchizat zənciri üzrə heyət və istehsal obyektləri barədə məlumata icbari qeydiyyat tələbləri tətbiq etmişdir.

Müvafiq reyestrdə qeydiyyatdan keçməzdən əvvəl səlahiyyətli orqan məhsulun qida təhlükəsizliyi, gigiyena, veterinar və fitosanitar tələblərə uyğunluğunu yoxlayır.  Daha sonra isə Qida Təhlükəsizliyi Agentliyi (istehlakçıların hüquqlarının qorunması üzrə dövlət orqanı) reyestrdə qeydiyyat apararaq reyestrdən çıxarış təqdim edir. Qeydiyyat qeyri-müəyyən müddətə etibarlı olur.  

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən reyestrdə qeydiyyatdan keçməmiş hüquqi və fiziki şəxslər tərəfindən qida məhsulları ilə bağlı fəaliyyətin həyata keçirilməsi qadağandır.

Qeydiyyat qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 303 saylı qərarı ilə tənzimlənir.  

Mövzu ilə əlaqədar sualınız yarandığı təqdirdə bizimlə əlaqə qurmaqdan çəkinməyin.

Qida təhlükəsizliyi barədə məlumatlar
Did you find this useful?