Təfərrüatlar

Biznes Transformasiyası

Şəffaf uçotun qurulmasında peşəkar dəstək

16 ildir Azərbaycan bazarında fəaliyyət göstərən Deloitte şirkəti artıq iki ildən çoxdur ki, yüksək ixtisaslı və geniş təcrübəyə malik mütəxəssisləri ilə öz müştərilərinə Biznesin Transformasiyası sahəsində hər tərəfli dəstək göstərir.

Son dövrdə ölkə miqyasında şəffaflığın artırılması ilə bağlı aparılan islahatlar, uzun müddət diqqətdən kənarda qalan mühasibat və vergi uçotunun düzgünlüyünə dair tələblərin sərtləşməsi və nəzarət mexanizmlərinin işə salınması bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsini daha da zəruri etmişdir.

Baş verən dəyişikliklərə adekvat reaksiya göstərmək, həmçinin maliyyə itkiləri və reputasiya risklərinə məruz qalmamaq üçün sahibkarlıq subyektləri mövcud biznes modellərini bir daha nəzərdən keçirməlidir.

Biznesin Transformasiyası – vergi uçotunun dürüst və effektiv qurulması, həmçinin mühasibat uçotunun Beynəlxalq Mühasibatlıq Standartlarına uyğunlaşdırılması biznesin şəffaflığına və daxili nəzarətin gücləndirilməsinə doğru atılan ilk addımdır.

 

Biznesin Transformasiyasından nə gözləməli?

  • Şirkətin biznes əməliyyatlarına uyğun effektiv və qanunvericiliyə uyğun olan vergi uçotunun qurulması
  • Şirkətin mühasibat uçotunun bərpası və bu sahədə Beynəlxalq standartlara keçidin təmin edilməsi
  • Bütün alternativ uçot sistemlərinin ləğvi və vahid uçotun qurulması
  • Şirkətin vergi və maliyyə funksiyalarının işinin effektivliyinin artırılması
  • İdarəçilik hesabatlılığının dürüstlük səviyyəsinin artırılması
  • Maliyyə hesabatlarının Beynəlxalq Standartlara uyğun hazırlanması və kənar auditorun yoxlamasına hazırlıq
  • Ucuz maliyyələşmənin təmin edilməsi

 

Əsas addımlar üzrə yol xəritəsi

Biznes transformasiyası xidmətləri çərçivəsində görüləcək işlər əvvəlcədən razılaşdırılmış müddətdə müştərinin ehtiyacları nəzərə alınmaqla bir qayda olaraq aşağıdakı yol xəritəsinə uyğun aparılır:

1. Uçot proseslərinin diaqnostikası və çatışmazlıqların aşkar edilməsi

2. İnsan resurslarının texniki səviyyəsinin və işçi sayının adekvatlığının qiymətləndirilməsi

3. Aparılmış yoxlamanın nəticələrinin müzakirəsi və aşağıdakılar daxil olmaqla aktual problemlərin həlli üzrə tədbirlər planının müəyyən edilməsi:

• Aktivlərin və öhdəliklərin ilkin qalıqlarının bərpası və uçotda düzgün əks etdirilməsinin təmin edilməsi

• Əsas vəsaitlərin qiymətləndirilməsi və nizamnamə kapitalında zəruri dəyişikliklərin aparılması

• Zərurət yaranarsa hüquqi şəxsin yenidən təşkili

• Dəyişikliklərin mal və xidmətlər üzrə maya dəyərinə təsiri ilə bağlı tövsiyə verilməsi

4. Vergi uçotu üzrə metodologiyanın hazırlanması

5. Mühasibat uçotu haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun uçot siyasətinin formalaşdırılması

6. Uçot proseslərin avtomatlaşdırılması və uçotun effektivliyinin artırılması məqsədilə İT həllərinin müəyyən edilməsi.

 

Bu qəbildən olan tədbirlərə aşağıdakılar aiddir:

• Əmək haqqı, debitor və kreditorlarla hesablaşmaların avtomatlaşdırılması

• Fakturalama və elektron qaimə-faktura proseslərinin avtomatlaşdırılması

• Mühasibatlıq proqramı ilə internet bankçılığın inteqrasiyası

• Ciddi hesabat blanklarının tərtibi və təsdiqi prosesinin avtomatlaşdırılması və s.

 

Biznes Transformasiyası xidmətimizin nəticəsində siz aşağıdakıları əldə edirsiniz:

  • Qanunvericiliyə əməl etmənin təmin edilməsi nəticəsində maliyyə itkilərinin və reputasiya risklərinin minimuma endirilməsi
  • Effektivliyin artırılması – daha az resurslarla daha mükəmməl uçot
  • Güclü nəzarət sistemi və səhmdarlar üçün daha aydın hesabatlılıq
  • Ucuz maliyyələşmənin cəlb edilməsi və beynəlxalq bazara çıxış imkanları

 

Biznes transformasiyası
Did you find this useful?