Information Management and Analytics

Xidmətlər

İnformasiyanın İdarə edilməsi və Analitika

Dünyada gedən dəyişikliklər dinamik şəkildə baş verir. Belə mühitdə artıq hər bir müştəri fərdi yanaşma tələb edir. Bazarda rəqiblərin sayı artır. Dövlət orqanları, eləcə də tənzimləyici orqanlar hesabatların daha operativ və daha dəqiq təqdimatını tələb edir. Mürəkkəb biznes vəzifələrinin həlli müəssisəyə məxsus məlumatlarda gizlənə bilər. Böyük həcmli məlumatları başa düşən istifadəçilər daha üstün hesab olunur. Lakin hər 2 ildə məlumat həcminin iki qat artdığı bir cəmiyyətdə mövcud mövqeyi necə qorumaq olar? Deloitte-un Analitika və İnformasiyanın İdarə edilməsi (Aİİ) praktikası məlumatlarda gizlənən dəyərin üzə çıxarılmasında sizə yardımçı ola bilər. Qlobal şəbəkəmiz müxtəlif mənbələrdən əldə olunan informasiyanın idarə edilməsində və onların mühüm qərarları dəstəkləyən və rəqabət üstünlüyünü təmin edən dəqiq, faydalı məlumatlara çevrilməsində şirkətlərə yardımçı olmaq üçün strateji istiqamətləndirmə və yeni texnologiyaların tətbiqi ilə bağlı xidmətlər göstərir. Biz biznes-analitika, məlumatların idarə olunması, qabaqcıl texnologiyalar və böyük həcmli məlumatlar, bulud texnologiyası, maşın təlimatı daxil olmaqla, yeni nəsil analitik və texnoloji həllər sahəsindəki məsələlərə dair xidmətlər təklif edirik.

Deloitte-un göstərdiyi xidmətlər hər hansı konkret texnologiya ilə bağlı deyil. Biz bütün texnologiyalar üzrə müvafiq həllərin tətbiqini həyata keçiririk. Həmçinin, müştərilərimizin fəaliyyət göstərdiyi sənaye sahəsinə və fəaliyyət istiqamətinə uyğun hazır həllər təklif edirik. Aİİ sahəsində bütün imkanlara, geniş sənaye təcrübəsinə və bu sahədəki xidmətlər üzrə lider olmaq üçün CXO səviyyəsində əlaqələrə malikik.

Texnoloji Tendensiyalar 2016

Rəqəmsal erada yenilik

Müxtəlif sektorlar, coğrafiyalar, və müxtəlif ölçülü şirkətlərdə çalışan bugünkü İnformasiya direktorları sabahkı gələcəyə təsir etmə iqtidarındadılar. Onlar öz müəssisələrini "həmişəki kimi biznes" ilə gələcəyi təsəvvür edərək bu günün reallıqlarından ora məsuliyyətli bir keçid edirlər.

Deloitte-un Texnoloji Tendensiyalara dair 7-ci illik hesabatı 8 tendensiyanı üzə çıxararaq, onların növbəti 18-24 ay ərzində əməliyyatlar zənciri sistemindən tutmuş artan reallığa qədər,Əşyaların İnterneti, texnologiyanın sosial məsuliyyətli əlavələri və sairlərin biznesə təsir edə biləcəyini araşdırır.

Aşağıdakı başlıqlara daxil olmaqla tendensiyalarla tanış olun və ya tam hesabatı PDF-də oxuyun.

Tech Trends 2016

Bizim liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox