Xidmətlər

Strategiya və Əməliyyatlar

Biznes liderlər hətta mürəkkəbliyin, qeyri-müəyyənliyin və pozuntuların artdığı bir dövrdə inamla hərəkət etməlidir. Bu biznes liderlərə hazırda iş mühitini yenidən formalaşdıran mühüm dinamikalarla bağlı aydıq, dəqiq və əsaslandırılmış perspektivlər tələb olunur. Bizim Qlobal Strategiya və Əməliyyatlar üzrə mütəxəssislərimiz Deloitte-un göstərdiyi bütün peşəkar xidmətlər qrupunun gücünə və bügünkü biznesə təsir edən real məsələlərin həlli üzərində qurulmiş sənaye sahəsi təcrübəsinə əsaslanır. Biz maddi və uzunmüddətli nəticələrin əldə edilməsi üçün strateji baxışların mükəmməl icra ilə əlaqələndirilməsi məqsədilə müştərilərimizlə sıx əməkdaşlıq şəraitində işləyirik. Praqmatik yanaşmanın hazırlanmasından və Birləşmə və udulma imkanlarının qiymətləndirilməsindən maliyyə və əməliyyat funksiyalarının təkmilləşdirilməsinədək, biz müştərilərin əminliklə və uğurla fəaliyyət göstərməyinə dəstək olmaq üçün lazımi bilik və təcrübəyə malikik.

Mətn ilə tanış olun

Bizim xidmətlər

Biznes Modelin Transformasiyası 

Deloitte-un Biznes Modelin Transformasiyası Qrupunun məsləhətləri Sizə yeni inkişaf imkanlarını əldə etməkdə, xərcləri azaltmaqda, effektivliyi artırmaqda, istehlakçı istəklərindən öndə olmağa kömək etməyə hazırdır. Müəssisə modelinin layihələndirilməsi, qlobal biznes xidmətləri, autsorsinq, qiymət transformasiyası, daşınmaz əmlak, və yerləşmə strategiyası kimi müxtəlif sahələrdə mütəxəssislər qrupu ilə biz müəssisələrə öz strateji hədəflərini müəyyən etməkdə və həyata keçirməkdə habelə biznes fəaliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirməkdə yardımçı oluruq. 

Maliyyə

Deloitte-un maliyyə mütəxəssisləri müəssisənin fəaliyyət effektivliyinin artırılmasına imkan verən ən vacib prioritetləri (Strategiyadan başlayaraq Proses, texnologiya və Quruluşa qədər) müəyyən etməkdə maliyyə departamentinə yardımçı olan xidmətlər göstərir. 

Birləşmələr və Udulmalar

Deloitte birləşmə və udulma sövdələşməsi müddətində strateji cəhətdən mühüm korporativ alıcılar və birbaşa sərmayəçilər ilə bağlı tövsiyələr verə bilən peşəkar xidmətlər göstərən yeganə şirkətdir. Bu müddət strategiyanın qurulmasından düzgün tərəfdaşın seçilməsinə, kompleks yoxlamanın aparılmasından sövdələşmə əməliyyatının yekunlaşdırılmasına qədərki dövrü əhatə edir. Əməkdaşlıq müddətində biz müştərilərimizə uğur qazandırmaq məqsədilə əməliyyatlar, inteqrasiya və parçalanma ehtiyacları istiqamətində uyğun xidmətlər təklif edirik. 

Xidmət Əməliyyatları 

Deloitte-un Xidmət Əməliyyatları üzrə işçiləri müxtəlif sənaye sahələrindəki və sektorlarındakı xidmət müəssisələri ilə mənfəətliliyin və biznesin məhsuldarlığının artırılması üçün çalışırlar. Müəsisənizin proseslərinizi sadələşdirməklə, əməliyyat xərclərini azaltmaqla və rəqabətli mövqeyə nail olmaq üçün texnoloji sistemləri əməliyyat modellərinə uyğunlaşdırmaqla müəssisənizin dəyərini artıraraq müştəriləriniz üçün xidmət keyfiyyətini artırmaq məqsədilə analitikadan və yaradıcı yanaşmadan istifadə etməklə biznes modelinizin əsas elementlərini gücləndirməyə yardımçı oluruq. 

Strategiya

Deloitte-un strategiya praktikası dünya üzrə ən nüfuzlu təşkilatlara ən mühüm strateji məsələlərdə uğurlu seçimlər etməklə nəzərə çarpan nəticələr əldə etməyə yardımçı olur. Biz baş rəhbərliklə uzunmüddətli əlaqələr qururuq və bir çox məsələləri əhatə edən effektiv strategiyanın yaradılması üçün birgə işləyirik.
Korporativ və biznes bölmələr üçün strategiyanın müəyyən edilməsindən başlayaraq yeni inkişaf imkanlarının müəyyən edilməsinə və kommersiya qiymətqoyma modellərinin formalaşdırılmasına, rəqəmsal prototiplərin yaradılmasına və innovasiyaya qədər bütün sahələrdə biz gələcəyə inamla addımlamaq üçün inteqrasiya olunmuş, uyğunlaşdırılmış strategiyalar formalaşdırmaq və həyata keçirmək məqsədilə dərin sənaye biliyinə və təcrübəsinə əsaslanmış qabaqcıl yanaşmalardan istifadə edirik.  

Təchizat Zənciri

Deloitte-un Təchizat Zənciri praktikası layihənin hazırlanması, planlama, resursların müəyyən edilməsi, hazırlanma və çadırılma kimi mərhələlərdən ibarət təchizat sistemini optimallaşdıran, təkmilləşdirən və yeniliklərlə təmin edən məsləhət xidmətləri göstərməklə effektivliyi səmərəli şəkildə, strategiya əsasında artırmağa yönəlmişdir. Biz biznes strategiyasının bütün aspektlərini, eləcə də əməliyyatları və sənaye sahələrini əhatə edən qlobal imkanlardan yararlanmaqla müştərinin ən mürəkkəb məsələlərinin həllini təmin edirik.

strategy & operations

Üç qayda: Fərqlənmiş şirkətlər necə düşünür 

Bu kitabda liderləri şübhə və qeyri-müəyyənliklərə baxmayaraq gündəlikdə duran məsələləri müəyyən etməyə və vacib qərarlar qəbul etməyə dair çətin sübütlar gətirilir. 

 

 

 

Bizim liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Direktor, Məsləhət xidmətləri

Tural Deloitte Azərbycanda risklərin idarə olunması, təhlükəsizlik və gizlilik üzrə məsul Direktor vəzifəsində çalışır. Onun kareyerası ərzində Tural şirkətlərə yenilikçi həllər üzrə Azərbaycan, MDB v... Daha çox